Xankəndinin qazı yenidən KƏSİLDİ -

Aprelin 2-də yol tikintisi işləri zamanı Gorus-Qafan-Qacaran qaz kəmərinin 13,5 kilometrlik hissəsi sıradan çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” QSC-nin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilib ki, fövqəladə təmir işlərinin aparılması üçün saat 11:10-dan etibarən Gorus və Qafan şəhərlərinə, bu bölgədəki digər yaşayış məntəqələrinə, eləcə də Qarabağa qaz verilişi dayandırılıb.

Qəza təmir işlərinin başa çatma vaxtı barədə əlavə məlumat veriləcəyi qeyd olunub.

Qeyd edək ki, bu gün səhər Xankəndiyə qaz verilişinin yenidən dayandırılmasını bəhanə edən ermənilər Azərbaycan əleyhinə hay-küy qaldırıb, qondarma ittiham irəli sürmüşdülər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR