Dünya Autizm Məlumatlandıma gününə həsr edilmiş 2-ci Beynəlxalq Autizm Konfransı” keçirildi - FOTO

Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Autizmli uşaqların valideynlərinin bacarıqlarının artırılması məqsədilə innovativ təşəbbüslərin təşkili” layihəsi çərçivəsində “2 aprel Ümumdünya Autizm Məlumatlandırma Gününə həsr edilmiş 2-ci beynəlxalq autizm konfransı” keçirilib.

Metbuat.az xəbər verir ki, tədbir şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməsindən sonra başlanılıb.

Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli layihənin həyata keçirildiyi ilk aylarda autizmli övladı olan valideynlərin bacarıqlarının artırılması məqsədilə beynəlxalq təcrübələrin və beynəlxalq ekspertlərin təcrübəsinin öyrənilib yayılması məqsədilə görülən işlərdən, bu sahədə həyata keçirilən tədbirlərdən bəhs edib.

Millət Vəkili Fazil Mustafa tərəfindən isə “Mövcud qanunvericilikdə autizm probleminə baxışın təkmilləşdirilməsi.” mövzusunda çıxış oldu.

Konfransda Sağlamlığın Qorunması İctimai Birliyinin rəhbəri , t.ü.f.d. Yazgül Abdıyeva tərəfindən “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda çıxış oldu.
Yazgül Abdıyeva çıxışı zamanı ilkin olaraq autizmin yaranması, risk faktorları, statistik göstəriciləri və s. barədə geniş məlumat təqdim etdi. Burada əsas vurğu autizmin xəstəlik yox, fərqlilik olmasına yönəldilmişdir.

Məruzə zamanı Yazgül Abdıyeva Autizm sindromlu uşaqlar fərqli və xüsusi istedada malik olmasından, tarixdə iz qoymuş dahi şəxsiyyətlərin çoxunun məhz autizmli insanlar olmasını qeyd etdi. Belə ki, məşhur alman alimi Albert Eynşteyn, məşhur rəssam, heykəltaraş Leanardo da Vinci, İngilis fiziki İsaak Nyuton, ispan əsilli rəssam Pablo Pikasso, holandiyalı məşhur rəssam Vincent Van Gogh, məşhur musiqişünas Ludviq van Bethoven, Avstryanın təkrarsız bəstəkarı Amadey Motsart, Amerika musiqiçisi James Durbin, kinorejissor Kim Berten, Kortni Lav, görkəmli Amerika yazıçısı Mark Tven, dünya şöhrətli Amerika ixtiraçısı Tomas Edison və digər dünya şöhrətli məşhurlar da autizm sindroumu ilə üzləşənlərdəndirlər.
Bununla da biz fərqində olmalıyıq ki, hər bir autist gələcəyin dahi şəxsiyyəti ola bilər. Hər zaman onlara dəstək olmalı, onların real həyata adaptasiyasına, cəmiyyətə inteqrasiyasına dəstək olmalıyıq.

İctimai Birliyin icraçı direktoru Samirə Mustafayeva autik uşaqlarla işləmək yolları və onların fərdi bacarıqları haqqında danışıb. Sağlamlığın Qorunması İctimai Birliyinin sədri Yazgül Abdiyeva auitizmli uşaqlarla əlaqədar İctimai Birliyin gördüyü işləri təqdir edib və autizm xəstəsi olan dahilər haqqında məlumat verib.
Milli Məclisin deputatı Fazil Mustafa öz çıxışında deyib: “Bəzən cəmiyyət üzvləri öz başına gəlməyənə qədər hər hansı hadisəni tam dolğunluğu ilə qəbul etmir və çox vaxt ona laqeyd yanaşır. Özünü tam sağlam hesab edənlər arasında bu gün autizmli xəstələrin problemlərinin ictimailəşməsi, cəmiyyət içərisinə çıxarılması və bu barədə müzakirə aparması çox böyük fədakarlıqdır”.
O qeyd edib ki, ölkəmizdə 6 minə yaxın autizmli xəstə olması heç də onların tam siyahısı deyil. Təəssüf ki, hələ də ailələrdə belə xəstələr barədə stiqma, onların cəmiyyətdən gizlədilməsi halları mövcuddur. Deputat autizmli uşaqlar üçün ayrıca məktəblərin açılması, valideynlərə maddi dəstək göstərilməsi, həmin xəstələrə əlillik pensiyalarının verilməsi, onlar üçün reabilitasiya mərkəzlərinin yaradılması məsələlərinin də vacibliyini qeyd edib.
Ankara Autizm Dərnəyi İdarə Heyətinin sədri Aydın Çayan, Hacettepe Universitetinin özəl təhsil bölməsinin müəllimi Seray Olcay və başqaları onlayn şəkildə konfransda çıxış edərək autizmli xəstələrin problemlərinin həlli sahəsində öz fikrilərini ifadə ediblər.











Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR