Xaçmazda 25 yaşlı gənc intihar etdi

Xaçmaz sakini intihar edib.

Metbuat.az-ın məlumatına görə, hadisə Xaçmaz rayonunda qeydə alınıb.

Belə ki, Xaçmaz rayonu R.İmamverdiyev küçəsində yaşayan 1997-ci il təvəllüdlü İmamverdiyev Orxan Nizami oğlu yaşadığı evində özünü asıb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

İntiharın səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR