“İçərişəhər”dən lift qırılması xəbərləri barədə

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi (DTMQ) İçərişəhər ərazisində yerləşən restoranlardan birində liftin qırılması barədə məlumatı təkzib edib.

İdarənin Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, 5 aprel 2022-ci il tarixində İçərişəhər ərazisində yerləşən restoranların birində liftin qırılması haqda məlumatlar həqiqəti əks etdirmir.

"İçərişəhər ərazində belə bir hadisə baş verməyib" , - deyə məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR