Fərid Qayıbov Gürcüstan Basketbol Federasiyasının rəhbərliyini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov Gürcüstan Basketbol Federasiyasının rəhbərliyini qəbul edib.

Nazirliyin Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, iki ölkə arasında idman əlaqələrinin əhəmiyyətindən danışan nazir Gürcüstan Basketbol Federasiyasının prezidenti Viktor Sanikidzeyə Azərbaycanda son illərdə keçirilən idman siyasəti barədə məlumat verib.

Görüş zamanı ölkələr arasında ikitərəfli idman əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, basktebol üzrə birgə təlim-məşq toplanışlarının təşkilinin mümkünlüyü qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR