"Çelsi"nin baş məşqçisi hakimi tənqid edib -

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda İngiltərənin "Çelsi" komandasının baş məşqçisi Tomas Tuxel "Real Madrid"lə oyunu idarə edən hakimi tənqid edib.

Metbuat.az xəbər verir ki, 49 yaşlı mütəxəssis London təmsilçisinin hesaba alınmayan qolu ilə bağlı hakim Şimon Marçinyakın qərarından narazı qaldığını bildirib.

63-cü dəqiqədə Markos Alonson komandanın 3-cü qolunu vursa da, VAR bunu qeydə almayıb. Baş məşqçi qeyd edib ki, hakim həmin epizodu izləməyib:

"Həm də onun həmkarım Karlo Ançelotti ilə yaxşı vaxt keçirməsindən məyus oldum. Hakimin oyundan sonra rəqib baş məşqçi ilə birlikdə gülümsədiyini və yüksək səslə güldüyünü gördüm", - deyə o qeyd edib.

Qeyd edək ki, Londonda "Çelsi"ni 3:1 hesabı ilə məğlub edən "Real Madrid" yarımfinala yüksəlib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR