Azərbaycanlı müğənni kameraya hücum etdi -

Müğənni Şəbnəm Qəhrəmanova bu dəfə də bütün diqqətləri üzərinə toplayıb.

Metbuat.az xəbər verir ki, bahalı və lüks avtomobilində əsəbi halda təhqirlə danışan sənətçi "MTV maqazin" kamerası tərəfindən anbaan görüntülənib.

Daha sonra maşınından düşən ifaçı görüntüləri çəkən operatoru hədələyib. O kameraya hücum edərək çəkilişi dayandırmağı tələb edib. Qəhrəmanova çəkilən videonun silinməsini istəyib.

Bu zaman müğənninin halı pisləşib. Hadisə yerinə təcili yardım maşını çağırılıb. Həkimlərin müdaxiləsindən sonra özünə gələn Şəbnəm açıqlama verərək, şəxsi həyatı ilə bağlı problemlər yaşadığını, bu səbəbdən də əsəbi olduğunu qeyd edib.

Onu da bildirək ki, Şəbnəm Qəhrəmanova sonuncu dəfə vəkil Şəfiqə Nağıyeva ilə nigahdankənar uşaq dünyaya gətirmək mözusu ilə bağlı yaşadığı qalmaqalla gündəmə gəlmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR