Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində terrorçulara növbəti dəfə ağır zərbə vurub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Suriya ərazisində “Sülh çeşməsi” anti-terror əməliyyatının aparıldığı bölgədə 13 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Anti-terror əməliyyatları davam edir.