Yaradan qarşısında cavab verəcəksiniz - AKTRİSA SƏSSİZLİYİNİ POZDU

“İki şey var ki, onları leksikonumdan uzaqlaşdırmışam. Biri heç vaxt etmərəm deməyi, digəri kimisə bilmədən mühakimə edib qınamağı. Çünki kimin nə yaşadığını qıraqdan baxıb bilə bilməzsiz".

Metbuat.az xəbər verir ki, bu fikirləri həyat yoldaşı Murad İsmayılla arasında problem olduğu düşünülən aktrisa Ülviyyə Xəlilbəyli "İnstagram"da bildirib.

“Hansı hadisələrin, yaşanmışların təsirindən bu hala gəldiyini anlaya bilməzsiz. Qınamaq ən asanıdır. Hər kəsin beyni gördüyünü bir cür anlayır. Eləcə də hər kəsin baxış bucağı fərqlidir.

Sən elə düşünürsən və ya elə görürsən deyə o demək deyil ki, haqlısan. Dərindən bilmədiyin mövzuda mühakimə etmək haqqın yoxdur. Hər kəs etdiyi əmələ, qırdığı qəlbə və ürəkdə açdığı yaralara görə özü cavab verəcək. Bu sizə qalmayıb. Bilmədiyiniz mövzuda danışarkən 100 dəfə ölçüb, bir dəfə biçin. Çünki yaradan qarşısında cavab verəcəksiz. Günahsız bəndə yoxdur. Çalışaq ki, kiminsə günahını alıb , öz günahlarımızı artırmayaq”, - aktrisa qeyd edib.






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR