Rusiyanın Qara dəniz donanmasının flaqmanı olan "Moskva" gəmisini itirməsinin əks-sədaları davam edir. Kreml gəminin batdığını etiraf etsə də, bunun Ukraynanın raket hücumu nəticəsində baş verdiyi iddiasını hələ də qəbul etməyib.
Metbuat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi "Moskva" gəmisinin ekipajının görüntülərini sosial media hesablarında paylaşıb.
26 saniyəlik səssiz videoda mərasimdə "Moskva"nın forma geyinmiş 120-yə yaxın ekipaj üzvü görünür.
" "Moskva"nın adət-ənənələri Hərbi Dəniz Qüvvələrində həmişə olduğu kimi diqqətlə qorunacaq" - paylaşımda deyilir.
Kreml 600 fut uzunluğundakı kreyserin təxminən 500 nəfərdən ibarət bütün heyətinin cümə günü batmazdan əvvəl təxliyə edildiyini açıqlamışdı. Sözügedən görüntülərin Rusiyanın iddiasını sübut etmək üçün paylaşıldığı bildirilir.
