Bolqarıstan öz limanlarına Rusiya gəmilərinin girişinə qadağa qoyub.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Dəniz Administrasiyasından bildiriblər.

"Rusiya bayrağı altında üzən, habelə Rusiya bayrağını və ya qeydiyyatını fevralın 24-dən sonra hər hansı başqa dövlətin bayrağına və ya qeydiyyatına dəyişdirmiş bütün gəmilərin Bolqarıstanın dəniz və çay limanlarına girişi qadağandır", - deyə Administrasiyadan bildirilib.

Qeyd edilir ki, qəza vəziyyətində olan və ya humanitar yardıma ehtiyacı olan, həmçinin Aİ-yə enerji, qida və dərman daşıyan gəmilər üçün istisna ediləcək.