"Rusiya ilə 10 il mübarizə apara bilərik" - Zelenski

“Biz Rusiya Federasiyası ilə 10 il mübarizə apara bilərik”.

Metbuat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodmir Zelenski CNN telekanalına müsahibəsində bildirib.

Prezident qeyd edib ki, Kiyev Moskva ilə diplomatik dialoqa hazırdır, lakin belə bir söhbət Rusiyanın ultimatumlarına əsaslanmamalıdır.

"Belə bir söhbət nə qədər tez başlasa, bir o qədər az adam öləcək. Şanslar hər gün azalır. Buça, Volnovaxa, Borodyanka, Mariupol haqqında düşünün. Elə vaxt gəlir ki, heç kim danışmaq istəmir. Cəmiyyətimiz danışıqları davam etdirməyimizi istəmir", - deyə prezident vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR