Paşinyana etiraz edən 5 nəfər SAXLANILDI -

Ermənistanın Bş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın gələcəyi ilə bağlı bəyanatlarına görə müxalifətin təşkil etdiyi etiraz aksiyası zamanı polis beş nümayişçini saxlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, hadisə yerindən video yerli informasiya portalları tərəfindən canlı yayımlanır.

Saxlanmalar etirazçılar İrəvanın mərkəzi küçələrindən birini bağlamağa cəhd etdikdən sonra başlayıb.

Paşinyan çərşənbə günü deyib ki, beynəlxalq ictimaiyyət Ermənistandan Dağlıq Qarabağın statusu tələbləri ilə bağlı "bartı aşağı salmağı" tələb edir, eyni zamanda tanınmamış respublikanın "sakinlərinin təhlükəsizliyini təmin etmək üçün güclü koalisiya yaratmağa" söz verir.

Bundan sonra "Mənim şərəfim var" parlament müxalifət fraksiyasının rəhbəri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan müddətsiz etiraz aksiyası elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR