Benzema əfsanəvi futbolçunu geridə qoyub

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema yeni nailiyyətə imza atıb.

Metbuat.az xəbər verir ki, "Sevilya" ilə XXXII tur oyununun 90+2-ci dəqiqəsində fərqlənən 35 yaşlı hücumçu Madrid təmsilçisində La Liqadakı qol sayını 217-yə çatdırıb.

Beləliklə, fransalı forvard "kral klubu"nun əfsanəvi oyunçusu Alfredo Di Stefanonu geridə qoyub.

Qeyd edək ki, "Real Madrid"də La Liqadakı 311 qol sayına görə rekord Kriştianu Ronalduya məxsusdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR