Səadət Əliyeva: "Həkimin ən böyük uğuru sevinc hissi ilə onun yanından ayrılan pasiyentləridir"

Həkim-kosmetoloq Səadət Əliyeva "Reputation İnc." PR və Event şirkətinin təşkilatçılığı ilə ölkəmizdə baş tutan "Global Woman Awards - 2022" tədbirində uğurlu fəaliyyətinə görə "The Successful Cosmetologist" mükafatına layiq görülüb.

Ölkəmizdə baş tutan bir çox təlimlərdə iştirak edən S. Əliyeva daim bilik və bacarıqlarını inkişaf etdirərək sahəsində uğurla tətbiq edir.

"Doğru seçimlər etmək mənim üçün çox önəmlidir. Pasiyentlər üçün daim doğru olan prosedurları seçməyə çalışıram. Həkim üçün ən böyük uğur isə sevinc hissi ilə onun yanından ayrılan pasiyentləridir. Xanımlarımızın üzündə sevinc hiss yaratmaq və onların gözəlliyini daha da vurğulamaq məni sevindirir".

Kosmetoloq Səadət Əliyevanın gələcək planları isə öz savadı və biliyi ilə dünyada tanınmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR