"Dinamo" yeni baş məşqçisini açıqladı

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının yeni baş məşqçisini açıqlanıb.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Zaqreb təmsilçisi Ante Çaçiçə tapşırılıb.

69 yaşlı mütəxəssis mövsümün sonunadək komandaya rəhbərlik edəcək. Çaçiç bu postda Jelko Kopiçi əvəzləyib.

Qeyd edək ki, sabiq baş məşqçi Jelko Kopiç klubla yollarını ayırıb. O, 2021-ci ilin dekabrından komandanın baş məşqçisidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR