AFFA-da bu vəzifə LƏĞV OLUNACAQ

AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv olunacaq.

Metbuat.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev aprelin 21-də jurnalistlərə açıqlamasında deyib.

Baş katib bildirib ki, bu məsələyə İcraiyyə Komitəsinin qarşıdakı iclasında baxılacaq. Hazırda AFFA-nın icraçı vitse-prezidenti vəzifəsini Elxan Məmmədov yerinə yetirir. O, mayın 1-dən FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsində fəaliyyətə başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR