Britaniyanın Kiyevdəki səfirliyi də işini bərpa edir

Böyük Britaniya gələn həftə Ukraynanın paytaxtı Kiyevdə öz səfirliyinin fəaliyyətini bərpa edəcək.

Metbuat.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson açıqlayıb.

Xatırladaq ki, Boris Conson aprelin 9-u Kiyevə səfər edib. Conson Kiyevdə ölkə Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.

Artıq Avropa İttifaqı, Fransa, İtaliya, Latviya, Litva, Estoniya, Polşa, Türkiyə, Çexiya, Sloveniya, Vatikan, Moldova, Gürcüstan, İran, Qazaxıstan, Tacikistan və Türkmənistan diplomatları Kiyevdə fəaliyyətini bərpa edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR