Rusiyada uşaq bağçasında atışmada iki uşaq və bir müəllim həlak olub

Rusiyanın Ulyanovsk vilayətində uşaq bağçasında baş verən atışma nəticəsində bir müəllim və iki uşaq ölüb.

Mmetbuat.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə vilayətin keçmiş qubernatoru və Dövlət Dumasının deputatı Sergey Morozov "Telegram" kanalında yazıb:

"Dəhşətli cinayətin baş verdiyi Veşkaymdakı vəziyyətlə bağlı, İcra Hakimiyyətinin nümayəndələri və deputat korpusu ilə danışdım. İlkin məlumata görə, bir dayə, 2016 və 2017-ci il təvəllüdlü iki uşaq həlak olub".

Onun sözlərinə görə, daha bir qadın xəsarət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR