Rusiya dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edildi

Beynəlxalq Buz Hokkeyi Federasiyası (IIHF) Rusiyanı 2023-cü ildə dünya çempionatına ev sahibliyi etməkdən məhrum edib.

Metbuat.az xəbər verir ki, bu barədə IIHF məlumat yayıb. Bildirilib ki, yarışın keçirilməsi üçün yeni ölkə müəyyənləşdiriləcək.

Beynəlxalq idman yarışının 2023-cü ilin mayında Sankt-Peterburqda keçirilməsi planlaşdırılmışdı. IIHF-in məlumatında alternativ ev sahibi ölkənin gələn ay müəyyənləşdiriləcəyi qeyd olunub.

Qeyd olunur ki, fevralda IIHF özünün təşkil etdiyi yarışlarda Rusiya və Belarusun milli və klub səviyyəsindəki komandalarının iştirakını qadağan edib və Rusiyanın 2023-cü ildə azyaşlılar arasında keçiriləcək dünya çempionatına ev sahibliyi hüququnu əlindən alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR