Məşhur türkiyəli müğənni "Xəzər TV"nin jurnalistinə hücum etdi -

Türkiyəli müğənni Mustafa Ceceli Bakıya gəlib.

Metbuat.az xəbər verir ki, konsert üçün paytaxta gələn sənətçini ilk dəfə "Xəzər TV"nin əməkdaşları qarşılayıb. Ceceli əvvəl "Şourum" verilişinə müsahibə verərək karyerası və şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.

Müsahibədən sonra o, təşkilatçılarla danışıb. Bu zaman əsəbiləşib. Ceceli Hava limanında "stand up" edən "Xəzər TV" nin əməkdaşına hücum edərək çəkilişinə mane olub.

Ətrafdakıların da müdaxiləsi ilə yaranmış mübahisənin qarşısı alınıb. Daha sonra Hava limanını tərk edən Mustafa azərbaycanlı jurnalistə təhqiramiz ifadələr də işlədib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR