Maradonanın "tanrının əli" adlı məşhur oyununda geyindiyi forma rekord qiymətə satılıb

Argentina millisinin sabiq futbolçusu Dieqo Maradonanın forması hərracda rekord qiymətə - 8,4 milyon avroya satılıb.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, bu forma mərhum oyunçunun 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatında İngiltərə yığmasının qapısına əllə qol vurduğu 1/4 final matçında (2:1) geyindiyi formadır. Sözügedən forma son 35 ildə İngiltərə millisinin keçmiş üzvü Stiv Hocda olub. O, formanı matçdan sonra Maradona ilə dəyişib.

Bu, indiyədək hansısa idman atributuna ödənilmiş ən yüksək məbləğdir. Əvvəlki rekord 2019-cu ildə beyzbolçusu Beyb Rutun formasının 5,2 milyon avroya satılması olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR