Zümrüd onu tənqid edənlərə cavab verdi:

Xəbər verdiyimiz kimi, ötən gün ARB telekanalının efirində yayımlanan və Zümrüd Bədəlovanın aparıcılıq etdiyi “Xəbər-ətər” proqramına Əhməd Cavadın nəvəsi Anar Axundzadə qatılıb. Veriliş zamanı aparıcı verdiyi sual ilə sosial şəbəkədə qınaq obyektinə çevrilib.

Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilən aparıcı öz sosial şəbəkə hesabında məsələyə münasibət bildirib.

“O qədər kasad, dar düşüncəli insanlar var ki, sözü tərsindən anlayan, məğzi başa düşməyən və demaqoq. Kef edin, təki reklamınız getsin. Nə qədər gülürəm sizə. Boşluq idi, bir az başınız qarışsın. Vaxtınız olanda filmin əvvəlinə də baxın, həyatda bir baltaya sap olmamışlar. Xoşum gəlir, travmadan çıxarıram sizi, savabdı”.

Həmin görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR