Gürcüstanda və Moldovada yeni cəbhə açıla bilər -

Böyük Britaniyanın xarici işlər naziri Liz Trussun aşağıdakı dörd mesajı qarşıdakı dövrdə yaşanacaq güc mübarizəsi və yeni cəbhə səylərinə işıq salır:

  • Qlobal iqtisadiyyatın təxminən yarısını təmsil etdiklərini bildirən İngiltərə Çini beynəlxalq qaydalara əməl etməyə çağırıb.
  • İngiltərə elan edib ki, qlobal iqtisadiyyatın təxminən yarısı olan G7 indi iqtisadi NATO kimi hərəkət etməlidir.
  • Britaniya bəyan edib ki, NATO indiyədək Avropanın müdafiəsinə diqqət yetirib, lakin indi Sakit Okean qorunmalı və Tayvan müdafiə edilməlidir: “Bunun üçün onların indi qlobal NATO-ya ehtiyacı var”.
  • İngiltərə NATO-nun genişlənməsini müdafiə edib. Bu məqsədlə o, Finlandiya və İsveçin birləşmə çağırışını təkrarlayıb və bildirib ki, Gürcüstan və Moldova kimi ölkələr NATO tərəfindən dəstəklənməlidir.

Londonun bu dörd mesajında üç önəmli yer var: Tayvan, Gürcüstan və Moldova... Hər üçündə də diqqətçəkən proseslər baş verir. ABŞ Senatının Xarici Əlaqələr Komitəsində çıxış edən ABŞ dövlət katibi Antoni Blinken Tayvanın bütün lazımi hərbi alətlərə malik olması üçün hər şeyi edəcəklərini deyib. Blinken bu məqsədlə 2017-ci ildən bəri Tayvana 20 milyard dollarlıq silah satdıqlarını bildirib.

Bəs niyə ABŞ Tayvanı silahlandırır? Cavabın bir hissəsini Xarici Əlaqələr Komissiyasının sədri, senator Bob Menendez belə izah edir: “Tayvan qlobal bazarda yarımkeçiricilərin 90 faizini istehsal edir, bu, Çinin əlinə keçə bilməz”.

Gürcüstanda ikinci cəbhə açıla bilərmi?

Gürcüstanın baş naziri İrakli Qaribaşvili NATO-nun Gürcüstan və Moldovada yeni cəbhələr açmaq istədiyini açıqlayıb. Ukraynada müharibənin ötən ilin noyabr və ya dekabr aylarında başlayacağı ilə bağlı xəbərlərin olduğunu deyən Qaribaşvili Saakaşvilinin hökuməti devirməyə yönəlmiş etiraz aksiyaları təşkil etmək üçün ölkəyə qayıtdığını, bunun da məqsədinin Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək olduğunu bildirib.

Baş nazirin sözlərində həqiqət payı yüksəkdir. Belə ki, Saakaşvili 2003-cü ildə Narıncı çevrilişi ilə Gürcüstanda hakimiyyətdə olub, lakin 2008-ci ildə Rusiyanın müdaxiləsindən sonra qaçıb, 2014-cü ildə Ukraynada Narıncı çevrilişində iştirak edib, daha sonra Ukraynanın mühüm yaşayış məntəqələrindən biri olan Odessanın qubernatoru olub. Saakaşvili 2021-ci ilin oktyabrında Gürcüstana qayıtmağa qərar vermişdi. Lakin onun, daha doğrusu, Saakaşvilini “yeni cəbhə”yə yenidən göndərənlərin planı özünü doğrulda bilmədi.

Ukraynanın 2021-ci ilin noyabr və ya dekabrında başlatmaq istədiyi deyilən müharibə Qərbin dəstəklədiyi Donbasa qarşı hücuma hazırlıq idi. Məhz bu səbəbdən Moskva xüsusi hərbi əməliyyatını “müharibənin qarşısını alan müharibə” adlandırıb.

ABŞ və Böyük Britaniya təbii ki, Gürcüstan və Moldovada yeni cəbhənin açılmasını istəyirlər. Həmçinin Tayvanı Çinə qarşı istifadə etmək, NATO-nu genişləndirmək və “qlobal NATO” yaratmaq niyyətindədirlər.

Ancaq bu hədəflər və gedişlər Atlantik üçün meydanda məğlubiyyətin əks olunmasından başqa bir şey deyil. Çünki Londonun mesajındakı “biz dünyanın yarısıyıq” ifadəsi onların dünyanın yarısını itirdiklərinin etirafıdır. Atlantik dünyası bir müddət əvvələ qədər dünyanın çox hissəsi olduğu üçün qloballaşma və neoliberalizmi hər yerə aparacaq, 21-ci əsr “Amerika-Atlantik Əsri” olacaqdı.

Son olaraq, ABŞ və Böyük Britaniyanın “qlobal NATO” məqsədi öz əllərində olan “qeyri-sabit müttəfiqlərini” nəzarətdə saxlamaq və Atlantik dünyası üzərində hegemonluqlarını davam etdirmək zərurətindən ibarətdir. / Bizimyol.info


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR