Əfv Komissiyasının növbəti iclasının tarixi açıqlanıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.

Metbuat.az xəbər verir ki, komissiyanın iclası may ayının 14-də keçiriləcək.

Əfv Məsələləri Komissiyasının bundan öncə keçirilən üç iclasında ümumilikdə 300-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, 28 May Müstəqillik günü münasibəti ilə Azərbaycanda əfv sərəncamının imzalanması gözlənilir.

Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR