Türkiyə İsveç üçün “qırmızı”, Finlandiya üçün “sarı” ışıq yandırdı -

Türkiyə İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə bağlı iki ayrı plan hazırlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb. Bildirilir ki, Türkiyə İsveç üçün “qırmızı”, Finlandiya üçün isə “sarı” ışıq yandırıb. Ankara İsveçin NATO-ya qoşulmasına qəti şəkildə qarşı çıxır. Finlandiya ilə problemlər həllini taparsa Türkiyə mövqeyini dəyişə bilər. Bildirilir ki, İsveçin Türkiyə qarşı terror təşkilatlarına verdiyi dəstək Ankaranın sərt mövqeyini davam etdirməsinə səbəb olub. İddialara görə, Prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələdə mövqeyi qətidir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da açıqlaması zamanı Finlandiyanın NATO-ya qoşulmasına razılıq verilə biləcəyinə işarə etmişdi. “Türkiyə NATO-nun açıq qapı siyasətini daima dəstəkləyib. Lakin Türkiyənin də təhlükəsizlik narahatlıqlarını həll etmək lazımdır” - deyə o ABŞ-dakı çıxışında bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR