“Taliban” xanım jurnalistlərə geyim qadağası qoydu

"Taliban" hökuməti Əfqanıstanda fəaliyyət göstərən qadın teleaparıcılara geyim qadağası qoyub.

Metbuat.az "Reuters"ə istinadən xəbər verir ki, hökumət televiziya efirinə çıxan qadınlara üzlərini qapatmalı, diqqətçəkici geyimdən imtina etməli olduqlarını bildirilib.

"Taliban"ın Əxlaq Nazirliyinin sözçüsü Akif Məhəcər qeyd edib ki, media rəsmiləri ilə bu barədə danışıqları məmnuniyyətlə qarşılaşıb.

Onun sözlərinə görə, xanım teleaparıcılara mayın 21-dək vaxt verilib. Yeni tələblərə əməl etməyənlər cəzalandırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR