"Qarabağ"ın ÇL-ə

Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın hazırlıq planı bəlli olub.

Bu barədə Metbuat.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O, komandanın Avstriyaya iyunun 20-də yollanacağını deyib: “Üç yoxlama oyunu keçirməyi nəzərdə tutmuşuq. Komandanın qayıtma tarixi isə Çempionlar Liqasındakı ilk rəqibimizdən asılıdır. Yəni birinci matçı harada keçirməyimiz və kimə qarşı oynamağımızdan asılı olaraq qərar veriləcək”.

Qeyd edək ki, "Qarabağ"ın ÇL-in 1-ci təsnifat mərhələsindəki rəqibi iyunun 14-də keçiriləcək püşkatmada bəlli olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR