Ərdoğanla Conson Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəyini müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisindən məlumat verilib.

“Danışıqlar zamanı regional hadisələr, o cümlədən Türkiyə ilə Böyük Britaniya arasında münasibətlər, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq tələbi, həmçinin Ukrayna ilə Rusiya arasında müharibə müzakirə edilib”, - ofis qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR