"Taliban"ın ali lideri kişiləri çoxarvadlılıqdan çəkinməyə çağırıb

“Taliban” hərəkatının ali lideri Hibətullah Axundzadə Əfqanıstanda çoxnikahlılıqdan çəkinməyi tövsiyə edən fərman imzalayıb.

Metbuat.az "TOLOnews"a istinadən xəbər verir ki, qərarın qəbulu birdən çox qadınla evlənməkdən və çoxuşaqlı ailələrə bir anda dəstək olmağa çalışan üzvlərinin pul tapmaq üçün korrupsiya etdikləri iddiaları ilə bağlıdır.

Qeyd edilib ki, İslam dininin normalarına uyğun olaraq, kişiyə eyni vaxtda dördə qədər arvad almağa icazə verilir, bu şərtlə ki, o, bütün həyat yoldaşlarına bərabər hüquqları pozmasın.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR