Müharibə hədələri səsləndirən Baydenə SƏRT XƏBƏRDARLIQ: "Sözlərinə fikir ver"

Çinin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Co Baydenin Tayvan barədə açıqlamasına cavab verib.

Metbuat.az xəbər verir ki, Çin Baydenə Tayvan barədə sözlərinə və davranışlarına diqqət etməsi barədə xəbərdarlıq edib. Bildirilib ki, Vaşinqton Tayvandakı müstəqillik tərəfdarı olan qüvvələrə yalnış mesajlar verməməlidir.

Qeyd edək ki, Co Bayden Çinin Tayvana hücum edəcəyi təqdirdə ABŞ-ın buna hərbi formada cavab verəcəyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR