Lalə Azərtaş tənqidlərə CAVAB VERDİ -

Aparıcı Lalə Azərtaş ötən günlərdə “Təsir dairəsi” verilişində səsləndirdiyi fikirlərin tənqidlə qarşılanmasına cavab verib.

Metbuat.az olay.az-a istinadən xəbər verir ki, aparıcı elə öz proqramında fikirlərini məcazi mənada söylədiyini bildirib.

Sənətçi elə öz proqramında “İstəyənim qədər, istəməyənim də var, amma həmişə qaməti dik dururam və üzümdən təbəssümümü əskik etmirəm. Zərifcə gülümsəyirəm, bilirəm ki, yaxşı insanlar, yaxşıya dəyər verənlər var” sözlərini deyib.

Qeyd edək ki, aparıcı ötən gün proqramda “Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəçəksən” fikirlərini səsləndirmişd. Bu fikir izləyicilər tərəfindən tənqid olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR