Stend atıcılığının səngər növü üzrə qalibləri bəlli olub

Stend atıcılığının səngər növü üzrə qadınlar və kişilər arasında keçirilən final yarışının qalibləri bəlli olub.

Metbuat.az xəbər verir ki, qadınlar arasında finlandiyalı Noora Antikaynen, kişilər arasında isə çexiyalı Liptak Jiri qızıl medal qazanıb.

Final yarışını Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov də Bakı Atıcılıq Mərkəzində izləyib. Nazir qaliblərə medalları təqdim edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR