Çinin 30 döyüş təyyarəsi bu ölkəyə daxil oldu:

ABŞ Prezidenti Co Baydenin “Çin müdaxilə edərsə Tayvanı müdafiə edəcəyik” açıqlamasından sonra bölgədə gərginlik artıb.

Metbuat.az xəbər verir ki, Çin ordusu 30 döyüş təyyarəsi ilə Tayvanın hava məkanına daxil olub. Tayvanın Müdafiə Nazirliyinin məlumatına görə, Çin təyyarələrinə hava məkanını tərk etmək barədə xəbərdarlıq edilib. Təyyarələrin uçuşları müdafiə sistemləri tərəfindən müşahidə edilib. Bildirilir ki, Çin 2022-ci ildə ilk dəfədir bu qədər təyyarə ilə Tayvanın hava məkanını pozur.

Qeyd edək ki, Co Bayden Çinin Tayvana hərbi müdaxilə edəcəyi təqdirdə ada ölkəsini müdafiə edəcəklərini, Tayvanı müdafiə etməyin ABŞ-ın öhdəliyi olduğunu ifadə etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR