Avstraliya Sakit okeanında yerləşən ada ölkəsi Samoa ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Metbuat.az xəbər verir ki, müqavilə iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın artırılmasını nəzərdə tutur. Avstraliyanın oxşar müqavilələri digər ada ölkələri ilə də imzalayacağı gözlənilir.

Qeyd edək ki, Çin də bölgədə oxşar həmlələr edir. Çin müttəfiq olan ABŞ və Avstraliyanın regiondakı təsirini azaltmaq istəyir. Çin hələki məqsədinə nail ola bilməyib.