Özünü ölmüş kimi göstərən biznesmen belə tutuldu: 1 ildən sonra... - TƏFƏRRÜAT

Dələduzluqla bağlı araşdırmaya görə özünü ölmüş kimi təqdim edən MTK direktoru Rafət Qəniyevlə bağlı bəzi təfərrüatlar məlum olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Rafət Qəniyevin avtomobilinin çox qısa müddətdə yanaraq kül olması istintaq aparan qurum tərəfindən şübhəli hal kimi qeydə alınıb.

Bundan sonra avtomobildə aşkar olunan sümüklər tibbi ekspertizaya göndərilib. Ekspertiza gedən müddətdə Rafet Qəniyevin bütün yaxınları onu öldüyünü düşünüb, ona yas saxlayıblar.

Məhkəmə tibbi-ekspertizanın rəyindən sonra isə sümüklərin Rafət Qəniyevə aid olmadığı, mənşəyinin bilinmədiyi ortaya çıxıb.

Bundan sonra əməliyyat-istintaq qrupu araşdırmalara başlayıb.

Üstündən 1 il keçdikdən sonra Rafət Qəniyev Bakının Yasamal rayonunda yerləşən mağazalardan birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alıb. Bu zaman o, hüquq-mühafizə orqanlarının peşəkar əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR