Türkiyədən həmlə: Limanlarda qalan Ukrayna taxılını böyük endirimlə aldı

“Türkiyə limanlarda qalan Ukrayna taxılını almaq üçün Kiyevlə razılığa gəlib. Türkiyə taxılı 25 faiz endirimlə alacaq”.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Vahit Kirişçi açıqlama verib. O bildirib ki, taxılın Ukrayna limanlarından ixracı üçün BMT-nin də iştirakı ilə mexanizm hazırlanır. Nazirin sözlərinə görə, həm Rusiya həm də Ukrayna bu məsələdə təkcə Türkiyəyə güvənir.

Qeyd edək ki, limanlardan taxılın ixrac edilməsi üçün Rusiya, Ukrayna, Türkiyə və BMT-nin iştirakı ilə mexanizmin qurulması gündəmdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR