Bu şəxslərin maaşlarına əlavələr təyin ediləcək -

“Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, sənədə əsasən, Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilib ki, müəyyən olunmuş müvafiq fondları dairəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasının professor-müəllim heyətinə hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR