Oğuz rayonunun Zərrab kəndində "Zil" markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 3,6 ton ot bağlaması yanıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.