Bakı Metropoliteni komitələrinin yeni tərkibləri

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Metbuat.az quruma istinadən xəbər verir ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, Cəmiyyətin sədri Zaur Hüseynov və Cəmiyyətin digər vəzifəli şəxsləri iştirak edib.

İclasda Cəmiyyətin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyəti müzakirə olunub, Audit, habelə Strategiya və investisiyalar komitələrinin yeni tərkibləri təsdiq edilib. Həmçinin Cəmiyyətin korporativ strukturuna daxil olan bölmələrin ştat cədvəlinin təsdiq edilməsinə razılıq verilib.

İclas iştirakçıları Cəmiyyətin cari fəaliyyəti ilə əlaqədar olan digər məsələləri də müzakirə ediblər.

Qeyd edək ki,“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR