Yasamal rayonunda doqquz avtomobildən oğurluq edən şəxs

Yasamal rayonunda doqquz avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bildiriblər ki, rayon polis idarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində ümumilikdə 9 avtomobildən - 6 “VAZ”, 1 “QAZ-21”, 1 “Chevrolet” və 1 “Renault” markalı avtomobillərdən maqnitofon, akkumulyator və güzgü oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş H.Təvəkkülov müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR