“Ukrayna Rusiyanın başladığı bu müharibədə mütləq qalib gələcək”.

Metbuat.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski Sinqapurda keçirilən Şanqri-La Dialoq sammitində nümayəndələr qarşısında çıxış edən zaman deyib.

Rusiya blokadası səbəbindən Ukraynanın kifayət qədər ərzaq ixrac edə bilmədiyini qeyd edən Zelenski, dünyanı kəskin və şiddətli ərzaq böhranı və qıtlıqla qarşı-qarşıya qalacağı ilə bağlı xəbərdarlıq edib.