Dövlət orqanlarının fəaliyyəti ilə bağlı rəy sorğusunun nəticələri açıqlanıb - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi dövlət orqanlarının fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb.

Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, sorğuda əksini tapan üç sahə - hərbi quruculuq (89,5%), əhalinin təhlükəsizliyi və ictimai sabitlik (74,3%), iqtisadiyyatın gücləndirilməsi və qeyri-neft sektorunun inkişafı (63,2%) üzrə aidiyyəti dövlət orqanlarının (nazirlik, komitə və dövlət xidmətlərinin) fəaliyyəti vətəndaşlar tərəfindən daha səmərəli kimi qiymətləndirilib.

Digər sahələr üzrə müvafiq strukturların fəaliyyəti nisbətən fərqli qiymətləndirilməklə sonuncu sıralarda keyfiyyətli səhiyyə xidməti ilə təminat (44,6%), sosial müdafiə (44,0%), qiymət artımının qarşısının alınması (22,2%) üzrə aidiyyəti orqanların fəaliyyətləri qərarlaşıb.

Nəticələrin təhlili Prezident İlham Əliyevin müxtəlif istiqamətlərdə fəaliyyətinə münasibət ilə ayrı-ayrı dövlət strukturlarının eyni istiqamətlərdə fəaliyyətinə ictimai mövqenin bir-birindən fərqləndiyini göstərir.

Dövlət başçısının sosial müdafiə sahəsində fəaliyyətini ümumilikdə yaxşı qiymətləndirən 92,3% respondentin cəmi 47,2%-i aidiyyəti strukturların sosial müdafiə sahəsində fəaliyyətini tam səmərəli hesab edib. Əhalinin sağlamlığının qorunması sahəsində dövlət başçısının fəaliyyətini ümumilikdə yaxşı kimi qiymətləndirən 93,2% respondentin cəmi 47,4%-i keyfiyyətli səhiyyə xidmətləri ilə təminat sahəsində aidiyyəti strukturların fəaliyyətini tam səmərəli kimi qiymətləndirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR