2026-cı ildə dünya çempionatına 16 şəhər ev sahibliyi edəcək -

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına ev sahibliyi edəcək bütün şəhərlər bəlli olub.

Metbuat.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) mətbuat xidməti məlumat yayıb.

Turnir ilk dəfə üç ölkədə keçiriləcək: ABŞ, Meksika və Kanada. ABŞ-da dünya kuboku matçlarına Kanzas-Siti, Hyuston, Atlanta, Dallas, Sietl, San-Fransisko, Los-Anceles, Boston, Filadelfiya, Mayami və Şərqi Ruterford (Nyu Cersi) ev sahibliyi edəcək. Turnir həmçinin Meksikanın üç şəhərində keçiriləcək: Mexiko, Monterre və Qvadalaxarada. Kanadada dünya çempionatının oyunlarına Vankuver və Toronto ev sahibliyi edəcək.

Qeyd edə ki, 2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 komanda çıxış edəcək. Bundan əvvəl isə dünya çempionatlarında 32 komanda iştirak edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR