Praqada karate üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı davam edir.
Metbuat.az xəbər verir ki, Azərbaycanın 16-17 və 21 yaşadək gənclərdən ibarət seçmə komandasının iki üzvü qitə çempionatının qızıl medalı uğrunda mübarizə aparacaq. Belə ki, bu yaş qruplarında Vahid Həsənov (+76 kg) və Hüseyn Məmmədli finala yüksəliblər.
Həlledici görüşlərdə V.Həsənov Lazar Potpara (Monteneqro) ilə, Hüseyn Məmmədli isə Younes Oualadla (Belçika) qarşılaşacaq.
Xatırladaq ki, bazar günü finalda Əzim Rahib (70+ kg) Aleksandr Davies (Lüksemburq), bürünc medal görüşündə Fatimə Məmmədova (47 kg) Alyona Kahveçi (Türkiyə), Aslan Dostuyev isə Aleksis Tsangarasla (Kipr) görüşəcək.
Yarışda 48 ölkədən 1064 idmançı iştirak edir.