Azərbaycanlı hərbi pilotlar “Anadolu Qartalı - 2022” təlimində - FOTO / VİDEO

Türkiyənin Konya şəhərində “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimi keçirilir.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin ilkin mərhələsində iştirakçılara təlimatçılar tərəfindən tərtib olunan plan üzrə təhlükəsizlik qaydaları çatdırılıb, uçuş və digər tapşırıqlarla bağlı məsələlər izah olunub.

Plana uyğun olaraq hərbi pilotlar şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv etdikdən sonra təyin olunan hədəflərə aviasiya zərbələri endiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

Qeyd edək ki, beynəlxalq taktiki-uçuş təlimi iyul ayının 1-dək davam edəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR