Bakı İrəvandan bunu tələb edib - İyun ayına qədər...

Ermənistanda “Qara pantera” hərbi qruplaşmasının rəhbəri Serob Qasparyan Araik Arutyunyanın ona etiraf etdiyi sirri açıqlayıb.

Metbuat.az xəbər verir ki, Qasparyanın sözlərinə görə, Araik Ermənistan ordusunun patrul xidməti ilə əvəz olunacağını deyib:

"Yəni Ermənistanda ağır hərbi texnika olmayacaq, sərhədi tüfənglə - avtomatla silahlanmış patrul xidməti qoruyacaq. Bu, Azərbaycanın tələbidir, Ermənistana vaxt verilib. Məlumatlar var ki, iyun ayı sonuncu vaxtdır, buna qədər sərhəddə erməni ordusu qalmayacaq, ordunun patrul xidməti ilə əvəzlənməsi prosesi həyata keçiriləcək".

Qasparyan deyib ki, Ermənistanın bütün sərhədləri Azərbaycanın nəzarətində olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı