Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində rixter cədvəli üzrə 5,8 bal gücündə zəlzələ olub.

Metbuat.az Röyters agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 300-ə qədər insan olüb. Yüzlərlə xəsarət alan var. Məlumata görə, yerli dairələr insanlara yardım etmək üçün helikopterlərdən istifadə edir.

Zəlzələ nəticəsində çox sayda tikili sıradan çıxıb. Dağıntılar altında qalanların olduğu deyilir.