Nigar Camalın əyləncəli hovuz görüntüləri -

Avroviziya 2011 qaliblərindən olan müğənni Nigar Camal sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Metbuat.az baku.ws saytına istinadən xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında istirahətindən görüntülər yayımlayıb. Bu dəfə dincəlmək üçün Mərdəkanı seçən Nigar hovuzdan paylaşdığı videosu ilə bütün diqqətləri üzərinə çəkib.

Müğənni sosial şəbəkədə yeni fotosunu da yayımlayıb. O, şəklinə "Yayda ən dəhşətli heyvan ağcaqanaddır" qısa şərhini də əlavə edib.

İstirahət zamanı sənətçinin yanında rəfiqəsi də olub. Onların lentə alınan əyləncəli görüntüləri istifadəçilər tərəfindən bəyənilərək maraqla qarşılanıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR