"Azərsu" içməli suyun kəsilməsiylə əlaqədar abonentlərdən üzr istəyib

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Metbuat.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR